“Azərbaycanın Zəfər bayramı Qarabağ torpaqlarının azadlığının simvoludur”

“Azərbaycanın Zəfər bayramı Qarabağ torpaqlarının azadlığının simvoludur”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X” hesabında yazıb.

O, Azərbaycan dövləti və xalqını təbrik edib:

“Bu gün münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Can Azərbaycan ürəyimizin yarısıdır. Qardaşlığımız daimi olsun”, – nazir bildirib.

Mənbə

Share: