“Taliban” əsir götürdüyü hindistanlı mühəndisləri azad edib

“Taliban” hərəkatı 2018-ci ilin may ayında Baqlan əyalətində əsir götürdüyü üç hindistanlı mühəndisi azad edib.

TOLO news telekanalı xəbər verir ki, hindistanlı mühəndislər hərəkatın 11 üzvünün Baqram şəhərindəki həbsxanalardan azad edilməsi müqabilində sərbəst buraxılıb.

Əsirlərin dəyişdirilməsi barədə məlumatı “Taliban” hərəkatının sabiq səhra komandiri Seyid Məhəmməd Əkbər Ağa təsdiqləyib. Hərəkatın və hakimiyyətin rəsmi nümayəndələri isə məlumatı şərh etməyiblər.

Xatırladaq ki, ilyarım bundan əvvəl taliblər Baqlan əyalətindəki elektrik stansiyasında çalışan yeddi hindistanlı mühəndisi əsir götürmüşdü. Onlardan biri 2019-cu ilin martında azad edilmişdi. Üç hindistanlı mühəndisin aqibəti isə bilinmir. “Taliban” hərəkatının azad olunan üzvləri arasında Kunar və Nimroz əyalətlərinin sabiq qubernatorları da var.

Share: