Almaniyalı məşqçi Azərbaycandan təklif alıb

Almaniyalı məşqçi Rayner Kraft Azərbaycandan təklif alıb.

 

Bunu 61 yaşlı mütəxəssis özü açıqlayıb.

 

O bildirib ki, Azərbaycanla yanaşı, İran, Meksika, Qana və Çində çalışmaq variantı olsa da, heç birini müsbət cavablandırmayıb. Almaniyalı mütəxəssis adıçəkilən ölkələrdə həm baş məşqçi, həm də köməkçi-məşqçi kimi işləmək təklifini qəbul etmədiyini söyləyib.

 

Qeyd edək ki, Rayner Kraft son olaraq Lüksemburqun “Berdenia Berburq” klubuna rəhbərlik edib. /Report/

 

Mənbə

Share: