Yaponiyaya güclü “Hagibis” tufanı yaxınlaşır

Qarşıdakı istirahət və bayram günlərində Yaponiyaya güclü “Hagibis” tufanı yaxınlaşır.

Azərtac Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, hazırda Sakit okeanın qərbində, Mariana adaları yaxınlığından güclü tufan qərb və şimal-qərb istiqamətində hərəkət edir.

Meteoroloqlar tufanın oktyabrın 11-də Okinava prefekturasının Daytocima rayonuna yaxınlaşacağını və sonra şimal istiqamətində hərəkət edəcəyini proqnozlaşdırırlar.

Yaponiyada 19 nömrəli adlandırılan tufan şənbə və bazar günlərində Kyüşü, Sikoku və Hönşü adalarına yaxınlaşa bilər.

Filippin dilində “sürət” mənasını verən “Hagibis”in hazırda Yaponiyada keçirilən reqbi üzrə dünya çempionatının oyunlarını poza biləcəyi də gözlənilir.

Meteoroloqlar tufanın Yaponiyanın qərb və şimal rayonlarına güclü külək və leysan yağışlar gətirəcəyi barədə xəbərdarlıq ediblər.

Share: