Respondentlərin yarıdan çoxu hayların Qarabağa geri dönməsini istəyir…-“GALLUP” 

Respondentlərin yarıdan çoxu hayların Qarabağa geri dönməsini istəyir…-“GALLUP” 

ABŞ-ın “GALLUP” sorğu mərkəzinin İrəvan şöbəsi Ermənistanın təhlükəsizlik və daxili siyasi məsələləri ilə bağlı sorğularının nəticələrini təqdim edib.

 

Moderator.az xəbər verir ki, bu haqda  tert.am məlumat yayıb.

 

“Qarabağ ermənilərdən tamamilə boşaldılmış və 100.000-dən çox(guya-S.L.) insan Ermənistana köçmüşdür. Ermənistan Respublikası özünü necə aparmalıdır?”

 

Ermənistan “müstəqil artsax respublikası” uğrunda mübarizə aparmalıdır, bundan sonra da Qarabağ erməniləri öz evlərinə qayıtmalıdırlar – respondentlərin 46,6%-i yuxarıdakı suala bu cür cavab verib. 40%-i isə cavab verib ki, Ermənistan Qarabağ ermənilərini özünə inteqrasiya etməli, onların sosial və digər hüquqların qayğısına qalmalıdır.

 

9,2% hesab edir ki, Ermənistan Qarabağ ermənilərinin Qarabağa qayıtması və milli azlıq kimi və ya Azərbaycan daxilində başqa statusda lazımi təhlükəsizlik və sosial müdafiə əldə etmək imkanı yaradılması üçün əlindən gələni etməlidir, 3,2% bu suala cavab verməkdə çətinlik çəkib.

 

Son nəticədə belə çıxır ki, ümumi hesabda respondentlərin 55, 8 faizi  Qarabağdan köçmüş ermənilərin geri dönməsini istəyir…

 

S.Laçın

 

Mənbə

Share: