Qaxda partlayış: 4 nəfər yaralandı

Qaxda partlayış baş verib, xəsarət alanlar var.

Report-un məlumatına görə, bu gün səhər saatlarında Qax rayon Kommunal Təsərrüfat və İstehsalat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

 

Share: