“O, anamı təhqir edib, ona görə də cavabını alıb…”

“O, anamı təhqir edib, ona görə də cavabını alıb…”

Moskvada məktəbli azərbaycanlını güllələyib, vəziyyəti ağırdır…

 

Hadisənin məişət zəminində baş verdiyi deyilir…

 

Moskvada 11-ci sinif şagirdi anasını təhqir edən kişini güllələyib. Zərərçəkəndə kəllə-beyin travması, baş beynin ağır əzilməsi, alın sümüyünün sınığı və kəllə qövsünün yaralanması aşkar edilib. Hazırda o, reanimasiyada ağır vəziyyətdədir.

 

Moderator.az xəbər verir ki, bu barədə SHOT nəşri “Teleqram-kanal”da məlumat verib. Məlumatı “sovsekretno.ru” nəşri yayıb.

 

Məlumatda deyilir ki, atışma bazar gününə keçən gecə paytaxtın Mitino rayonunun Pyatnitskaya şosesində yaşayış evinin yaxınlığında baş verib. Atəş səsləri eşidən sakinlər polis çağırıb.

 

Hadisə yerinə gələn polis əməkdaşları başında çoxsaylı yaraları olan  38 yaşlı Azərbaycan vətəndaşını aşkar edib, o, təcili olaraq reanimasiyaya yerləşdirilib.

 

Hücum edən tez bir zamanda saxlanılıb, bu, həmin evdə yaşayan 17 yaşlı cavan oğlandır. 

 

Məktəbli polis əməkdaşlarına izah edib ki, onun anasının zərərçəkənlə münaqişəsi olub, onlar dalaşıb və söyüşüb, bu zaman, guya, kişi anasını təhqir edib. 

 

Oğlu anasının müdafiəsinə qalxıb, travmatik tapançadan altı dəfə “təcavüzkara” atəş açıb. Güllələrin əksəriyyəti onun başına vurulub. 

 

Məktəblinin sözlərinə görə, tapançanı dayısının seyfindən götürüb, seyfin açarının saxlandığı yeri bildiyini deyib.

 

“Qətlə sui-qəsd” maddəsilə cinayət işi açılıb, məktəbliyə 10 ilədək həbs cəzası verilə bilər. Onun dayısına silahın ehtiyatsız saxlanılmasına görə cinayət işi açılıb, onu ilyarım cəza gözləyir.

Mənbə

Share: