
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Masallı şəhərində vətəndaşları qəbul edəcək.
Moderator.az-ın komitəyə istinadən verdiyi məlumata görə, Ş. Bağırov dekabrın 26-da saat 10:00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) Masallı və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşəcək.
Qəbul zamanı Masallı və Yardımlı rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.


