
Rövşən Nəcəfov məzunu olduğu məktəbin şagirdləri ilə görüşüb – FOTOLAR
“Bir Gələcək” təşəbbüsü çərçivəsində növbəti görüş Gəncə şəhəri, K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə keçirilib.
Moderator.az İslahat.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” təşəbbüsü çərçivəsində məktəb şagirdləri üçün növbəti görüş Rövşən Nəcəfovun iştirakı ilə məzunu olduğu Gəncə şəhəri, K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə baş tutdu.


