Seçkidən əvvəl seçilmiş Prezident-İlham Əliyev

Seçkidən əvvəl seçilmiş Prezident-İlham Əliyev

Azərbaycanda Prezident seçkiləri yaxınlaşır. İlham Əliyev yenə də alternativsiz namizəddir. Müxalifət iddia edir ki, növbədən kənar seçkilər təyin edildiyi üçün təbliğat kompaniyasına az vaxt qalır. Bunu bəhanə edərək seçkinin əvvəlcədən uduzduğunu etiraf edirlər. Əslində, İlham Əliyev 44 günlük savaşda həm müharibəni, həm də seçkini uddu.. Ədalət naminə bu dəfə heç kim Prezidentlik iddiasına düşməməlidir.

“İlham Əliyev bir kəndi alsa qulağımızı kəsərik, it kimi hürərik” deyənlər Əliyevin Xankəndinin idman meydançasında qapıya qol vurmasını acı istehza ilə seyr edirlər. Bu xalq bütün Prezidentlik dövrünü Azərbaycanın ərazi bütövlüyünə sərf edən, ona nail olan İlham Əliyevi seçməyib kimi seçəcək?!

2002-ci il: İlham Əliyev Prezident deyil. Azərbaycanda hakimiyyət hərisləri Heydər Əliyevin ömrünün son günlərini yaşadığını əsas götürərək özlərini yəqinliklə iqtidarda hiss edirdilər. Düşünürdülər, Əliyev gəncdir, səriştəsizdir. Hakimiyyət başqa birinə ötürüləcək, o da seçilməyəcək. Hətta icra başçısı postları da bölüşdürülmüşdü. Amma Heydər Əliyev elə strategiya yazıb getmişdi ki, İlham Əliyev nəinki 2003-cü il prezident seçkilərində qalib gəldi, ondan sonra üç dəfə Seçkini udub.
İndi nə 2003-cü il deyil, nə də ki ondan sonrakı seçkilər. İndi İlham Əliyev Qalib ordunun qalib Ali baş komandanıdır.

Yuxarıda qeyd etdiyim kimi İlham Əliyev ordu və xalq birliyi ilə Azərbaycan tarixinə qızıl hərflərlə Qalibiyyət yazdı. Ərazi bütövlüyü ilə millətin sınmış qürurunu bərba etdi. Azərbaycanın daimi Prezidentlik vəsiqəsini qazandı.
Cənab Prezident, ad gününüz mübarək! Sizi hələ Zəngəzur və İrəvanda Azərbaycan bayrağının dalğalanması gözləyir. Sizi Təbriz, Ərdəbil gözləyir. Sizi Həmədanda zindanda inildəyən Azərbaycan aşiqləri gözləyir. Sizi Lerikin ucqar kəndlərində qazsız yaşayan kəndliləri gözləyir! Sizi doğma yurdlarına qayıtmaq istəyən bir milyondan artıq qaçqın gözləyir!
Sizə qarşıdan gələn Seçkilərdə uğurlar arzulayıram. Doğum gününüz mübarək ! Siz Azərbaycanın Prezidenti olduğunuz müddətdə Azərbaycan nə Ukraynaya, nə Suriyaya, nə Liviyaya , nə də 90-cı illərə qayıtmayacaq! İnşallah Azərbaycanın ərazi bütövlüyü bərpa olunduğu kimi, məhkəmələrdə ədalət, icra strukturlarında mərhəmət bərba olunacaq! Asan imza timsalında bunu görürük! Bir daha uğurlar!

Talıb Əhədov

Milletinsesi.az

Share: