Belarus özünün istehsal etdiyi neft məhsullarının Ukrayna, Polşa və Baltikyanı ölkələrə ixracını dayandırıb.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb. İxracın dayandırılmasına səbəb kimi Rusiya neftinin aşağı keyfiyyətli olması göstərilib.
Qeyd edək ki, Belarus bundan öncə keyfiyyətinin aşağı olması səbəbindən Rusiyadan neft idxalını dayandırmışdı.