
Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin Təminat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Dialur” MMC olub.
Yeniavaz.com-a istinadən xəbər veririk ki, Nazirliyin Mərkəzi şirkətə Tibbi avadanlıqların satınalmasına görə 11 milyon 825 min 947 manat 2 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 100 manat olan “Dialur” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq, ev 241, mənzil 27-də yerləşir. Şirkətin qanuni təmsilçisi Rəsulov İsmət Əbil oğludur.