Bu ərazidə da bir  zəlzələ olub

Bu ərazidə da bir  zəlzələ olub

Rusiyanın İrkutsk vilayətində 5,1 maqnitudada zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin regional qərargahının məlumatına görə, İrkutsk vilayətinin Ust-Kut şəhərində zəlzələnin intensivliyi 4 bal, İrkutskda isə 2 bal olub.

Qeyd edilib ki, zəlzələ nəticəsində dağıntılar olmayıb.

Mənbə

Share: