Xayme APOEL-ə qarşı oynaya bilər

“Qarabağ”ın futbolçusu Xayme Romero zədəsini sağaldıb.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçi tam  olmasa da, komanda ilə birlikdə dünənki məşqlərdə iştirak edib. İspaniyalı oyunçunun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə ev matçında oynayacağı gözlənilir.

Xatırladaq ki, Premyer Liqanın V turunun “Zirə” ilə oyununda (3:1) Romeronun çiyni çıxmışdı.

Qeyd edək ki, oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL görüşü saat 20:55-də başlayacaq.

Share: