Ana Vətən Partiyası əlilliyi olan şəxslər üçün tədbir təşkil etdi

Ana Vətən Partiyası əlilliyi olan şəxslər üçün tədbir təşkil etdi

24 Dekabr 2023 – cü il tarixndə Ana Vətən Partiyası Qadınlar Şurasının əməkdaşlığı ilə
“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək”  İctimai Birliyinin təşkilatçılığı  “Gözdən Əlillər Cəmiyyəti” Suqmayıt şəhər Təşkilatının iştrakı ilə Suqmayıt şəhərində əlilliyi olan şəxslər üçün “Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” bayramı münasibəti tədbir təşkil olundu.
 

Tədbiri giriş sözü ilə açan Ana Vətən Partiyası Qadınlar Şurasının sədr müavini, ƏSMİD ictimai birliyinin sədri Səbinə Kərimova iştirakçıları salamlayaraq, onları qarşıdan gələn  “Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik etdi və onlara cansağlığı arzuladı. O, qeyd etdi ki, 2023 – cü ildə  torpaqlarımız tam bərpa olunmuş, 2024-cü ili ərazi bütövlüyümüzü tam bərpa olunmuş qarşılayacayıq və bu hər bir azərbaycanlının 30 illik arzusu idi. Bu arzunu gerçəkləşdirən cənab prezidentimizi İlham Əliyevə minnətdarıq. 

Sonra “Gözdən Əlillər Cəmiyyəti” Suqmayıt şəhər Təşkilatının sədri Vəfadar Novruzov iştirakçıları salamlayaraq 2023-cü ildə ölkəmizdə baş verən mühüm hadisələrdən danışdı.Qeyd etdi ki,bu gün həmdə Prezidentimiz,Ali baş komandamız cənab  İlham Əliyevin doğum günüdür.Bu münasibətlə də onu təbrik edirik. 

 

Daha sonra Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı AVP sədri, millət vəkili, hörmətli Fəzail Ağamalının təbriklərini tədbir iştirakçılarına çatdırdı və qeyd etdi ki,  Azərbaycanın ərazi bütövlüyü və digər səbəblərdən əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Bizim də bir vətəndaş olaraq əlilliyi olan şəxslərə,qazilərə və şəhid ailələrinə diqqət və qayğı göstərmək borcumuzdur. Başqa sözlə, əlil insanlara qayğı dəyişməyən sosial və mənəvi vəzifədir deyə bildirdi.

 

Tədbir əlilliyi olan şəxslərin ifaları və rəqsləri ilə yekunlaşdı.

Mənbə

Share: