BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Oktyabr 23 2019

Azərbaycanlıları ziyarətə aparan avtobus İranda yandı


İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz rayonunda Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus elektrik naqillərinin toxunması nəticəsində yanıb.

Trend-in məlumatına görə, bunu İranın Əhvaz rayonu icra hakimiyyətinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoru İbrahim Qənbəri deyib.

İ.Qənbərinin sözlərinə görə, hadisə yerinə dərhal yanğınsöndürmə əməkdaşları cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

Hadisə zamanı bir qadın yaralanıb. Yanğın nəticəsində avtobusun 30%-i yanıb.