Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Əbilov “QAZ-3110” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Paşazadə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Share: