Bakı Qaradağ rayonu Ələt qəsəbəsinin sakinləri qəsəbədaxili, xüsusən, qəsəbənin yanından keçən şosedəki işıqlandırıcıların yararsız vəziyyətdə olmasından şikayətlənirlər.
Sakinlər Milletinsesi.az-a bildirib ki, qəsəbənin əsas yolunda işıqlandırıcıların heç biri işləmir. Bu da yol kənarında piyada vurulması və digər qəza hallarını artırır, həmçinin qəsəbədə oğurluqların və müxtəlif problemlərin yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən saytımıza bildirdilər ki, sözügedən problemlə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olduğu üçün bu barədə onlara məlumat verilib.
Problemlə əlaqədar BŞİH müraciət ünvanlanıb.