![](https://milletinsesi.az/wp-content/uploads/2019/10/5da05e48a29c8_yq.jpg)
Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 17 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş ağır yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli yeddi fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.