Daxili İşlər Nazirliyi vətəndaşlara səsləndi- EHTİYATLI OLUN

Daxili İşlər Nazirliyi vətəndaşlara səsləndi- EHTİYATLI OLUN

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi muxtar respublika ərazisində qarlı hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib.

Moderator.az xəbər verir ki, onlar sürücülərə meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün ehtiyatlı olmağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, piyadalara qarşı diqqətli olmağı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən istifadə etməməyi, piyadalara isə səkilərlə hərəkət etməyi, qarşıdan-qarşıya keçərkən mütləq piyada keçidlərindən və piyada zolaqlarından istifadə etmələri tövsiyə edib.

Mənbə

Share: