“Heç kim yollarda hər hansı bir imtiyaza malik ola bilməz”.
Bu sözləri DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
“Sosial şəbəkələrdə yayılan görüntüdə paytaxtın Hüseyn Cavid prospektində idarə olunan “Porsche” markalı avtomobilin sürücüsünün hadisədən yayınmaq üçün, yoxsa bilərəkdən təhlükəli hərəkətlər etməsi araşdırılacaq”,-deyə Rövşən Tağıyev əlavə edib.