
Sovet Şükürov: “Onlar hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq”
“Şəhidlərimiz, veteranlarımız xalqımızın qürur mənbəyidir. Onlar hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq”.
Bunu Moderator.az-a açıqlamasında Sumqayıt Şəhər Veteranlar Təşkilatının sədri Sovet Şükürov bildirib. Təşkilat sədri qeyd edib ki, Vətən müharibəsində hərbçiləimizin göstərdiyi qəhrəmanlıqlar sadəcə milli hərb tariximiz deyil, dünya hərb tarixi baxımından mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan hərbçilərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar, igidlik nümunələri yalnız milli hərb tariximiz deyil, dünya hərb tarixi baxımından misilsiz örnəklərdir. Bunlar o qədər böyük, təkrarsız, qeyri-adi nümunələrdir ki, bu nümunələrdən bəhs edərkən qürur duymamaq, qürrələnməmək olmur.
Əminəm ki, illər, əsrlər keçəcək, igid oğullarımızın Vətən müharibəsində göstərdiyi bu qəhrəmanlıqlar beynəlxalq miqyasda daha dərindən öyrəniləcək, respublikmızın hüdudlarından çox-çox uzaqlarda yaşayan insanların da qəlbində və şüurunda silinməz izlər buraxacaq. Və bu qəhrəmanlıqlar sonsuza kimi dünya xalqlarına Azərbaycan xalqının yenilməzliyindən, mənəvi böyüklüyündən və qüdrətindən danışacaq”.
Seymur ƏLİYEV