
Bakı Türk Anadolu Liseyinin müəlliminin beyninə qan sızıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli təhsil naziri Yusuf Tekin sosial media hesabında məlumat verib.
Nazir qeyd edib ki, beyninə qan sızan müəllim təcili yardım təyyarəsi ilə dərhal Türkiyəyə aparılıb.
“Səhiyyə nazirimiz ilk gündən müəllimimizin müalicə prosesini birbaşa öz üzərinə götürdü və müəllimimizi Bilkənd Şəhər Xəstəxanasına köçürdü. Allaha şükürlər olsun ki, müəllimimiz kritik vəziyyətdən xilas oldu. Səhiyyə Nazirimiz Fahrettin Kocaya, Bilkent Şəhər Xəstəxanasının əməkdaşlarına və əməyi keçən hər kəsə təşəkkür edirəm. Təhsil ailəmizin hər bir üzvü bizim üçün çox dəyərlidir. Müəllimimizin tezliklə sağlamlığına qovuşmasını arzulayıram” – deyə Y.Tekin qeyd edib.