BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Oktyabr 23 2019

Edin Dzeko əməliyyat olundu


“Roma” ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, İtaliya A seriyasının 7-ci turunda “Kalyari” ilə görşdə paytaxt klubunun hücumçusu Edin Dzeko zədələnib.

Bosniyalı forvardın üz sümüyünün sındığı məlum olub. Bu səbəbdən 33 yaşlı oyunçu əməliyyat olunub. Dzekonun təxminən 3 həftə komandadan ayrı qalacağı bildirilib.