Rusiyada dəhşət: Vurulan “İl-76” təyyarəsi nə daşıyırdı?

Rusiyada dəhşət: Vurulan “İl-76” təyyarəsi nə daşıyırdı?

Xəbər verdiyimiz kimi, Rusiya ordusuna məxsus “İlyuşin İl-76” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Modern.az-ın məlumatına görə, Rusiya və Ukrayna mətbuatı fərqli iddialar səsləndirib.

 

Rusiyanın “RIA Novosti” informasiya agentliyi təyyarə Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində qəzaya uğrayıb. Nazirlik təyyarənin göyrətəsində 65 ukraynalı hərbi əsirin, 6 ekipaj üzvünün və daha 3 nəfərin olduğunu iddia edir.

 

“Pilot yanan İl-76-nı Yablonovo kəndinin evlərindən uzaqlaşdıra bilib, təyyarə əkin sahəsinə düşüb”, – Müdafiə Nazirliyi bildirir.

 

Rusiya hakimiyyətinə yaxın teleqram kanallarında təyyarənin alovlar içərisində yerə çırpıldığı görünən videolar yayılıb. Teleqram kanallarında təyyarədə olan hər kəsin öldüyünü bildirir.

 

Ukrayna tərəfi rəsmi açıqlama verməyib. “RBC Ukraine” agentliyi Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, təyyarə Ukrayna ordusu tərəfindən vurulub. Agentlik təyyarədə Xarkova zərbələr endirmək üçün istifadə edilən S-300 raketlərinin olduğunu bildirir. Məlumata görə, Ukrayna və Rusiya arasında əsir mübadiləsi nəzərdə tutulmayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov təfərrüatları açıqlamadan Koroçanski rayonunda “hadisə yerinə” getdiyini bildirib. “Koroçanski rayonunda insident. Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. İş qrafikimi dəyişib əraziyə getdim”, – o yazıb. Daha əvvəl bölgədə raket xəbərdarlığı elan edlib. Rusiya Müdafiə Nazirliyi bölgə səmasında pilotsuz təyyarənin vurulduğunu bildirib.

 

Yerli teleqram kanalları bildirir ki, Ukrayna Müdafiə Nazirliyi hazırda İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulduğunu təsdiq edə bilmir. Onlar hələ də məlumatı dəqiqləşdirirlər .

 

Rusiya parlamentinin deputatı Andrey Kartapolov Dövlət Dumasının tribunasından bildirib ki, məhbusların olduğu təyyarə Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. “ İl-76 üç “Patriot” və ya “İris-T” raketləri ilə vurulub”, – deyə Kartopolov bildirib. Spiker Vyaçeslav Volodin bildirib ki, Dövlət Duması İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı ABŞ və Almaniyaya müraciət hazırlayacaq.

 

İl-76 qoşunları, yükləri, hərbi texnika və silahları hava ilə daşımaq üçün nəzərdə tutulmuş hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 90-dan çox sərnişin daşımaq qabiliyyətinə malikdir.

 

 

Mənbə

Share: