Batumidə Türkiyə vətəndaşından 32 bağlama heroin götürülüb

Gürcüstanın Batumi şəhərində Türkiyə vətəndaşı narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, 1973-cü il təvəllüdlü Türkiyə vətəndaşından 32 bağlama heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Günahı sübuta yetirilərsə, onu 6 ildən 20 ilədək həbs cəzası gözləyir.

Share: