Azərbaycanın AŞPA-dakı fəaliyyətininn qeyri-müəyyən dayanmasını SƏBƏBLƏRİ

Azərbaycanın AŞPA-dakı fəaliyyətininn qeyri-müəyyən dayanmasını SƏBƏBLƏRİ

“Azərbaycanın AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırmasının səbəbi, ölkəmizə qarşı qərəzli yanaşmadır. Bu qərəzli yanaşmanın əsas iki səbəbi var. Birincisi islamafobiya, ikincisi 44 günlük Vətən müharibəsindəki qələbəmizi həzm edə bilməməkləridir. Bu qərəzli yanaşmanın fərqli səbəbləri də var. Bu türklərə qarşı olan qısqanclıq və antiazərbaycan meyllərinin AŞPA-da üstünlük təşkil etməsidir”.

 

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov Moderator.az-a açıqlamasında deyib. O qeyd edib ki, Ermənipərəst mövqe sərgiləyən dövlətlər və həmin ermənipərəst deputatların üstünlük təşkil etməyi müddətin uzadılmasına səbəb ola bilər:

“Onlar Azərbaycanın müstəqil siyasət yeritməsindən və suverenliyini bərpa etməsindən qorxuya düşübülər. Bildiyimiz kimi, artıq Cənubi Qafqazda Azərbaycan söz sahibi olan ölkədir və bizim siyasətin istiqaməti ilə razılaşmamaq, regiondan həmin dövlətlərin çəkilməsi və çıxarılması deməkdir. Məhz Azərbaycanın güclənməsi, bir çox beynəlxalq təşkilatların, dövlətlərin gözünə batır. Görünür ki, Fransanın ermənipərəst siyasətini başqaları da özünə “rol” edib.  Bildiyimiz kimi, hadisələrin bu məcraya gəlməsinin səbəbi qalmaqallı təşəbbüslə çıxış edən Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürdüyü fikirlərdir. Onun fikirləri həqiqəti əks etdiyməyən, eyni zamanda qabaqcadan planlanmış çıxış idi. Bəllidir ki, Fransanın ermənipərəst rolunu Almaniya öz üzərinə götürüb. Buna səbəb isə Fransanın xarici siyasətdə uğursuzluq yaşaması və ölkənin nüfuzunun artıq yerlərdə sürünməsidir. Buna görə də, Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır”.

Mənbə

Share: