Mingəçevir şəhər polis şöbəsinə mənzillərdən birindən dəyəri 600 manat olan istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər – Mingəçevir şəhər sakinləri Sadiq Mehdiyev və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Səmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Saxlanılan şəxslər oğurladıqları istilik sistemlərini metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.