Xaçmazda ikimərtəbəli evdə yanğın

Xaçmazda ikimərtəbəli evdə yanğın

Xaçmazda ikimərtəbəli evdə yanğın olub.

 

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları, 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Mənbə

Share: