
“Rusiya xəyala dalıb və düşünür ki, “nasizmlə mübarizənin” başında dayanıb…”
“Kreml güman etdiyi istənilən düşməni, bəlkə də bütün Qərbi nasist və ya onların ardıcılları adlandıra bilər…”
Rusiyanın siyasi zümrəsi “rus dünyası” ideologiyasının təşviqindən imtina etmək qərarına gəlib. Bunun əvəzinə Rusiyanı dünya nasizmi ilə mübariz qismində təqdim etməyə qərar verilib.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Analitiklər qeyd edir ki, “rus dünyası”na stavka etmək Rusiyanın polietnik tərkibi ilə yaxşı uzlaşmır.
Bundan başqa, Kreml Rusiyanı Qərbə qarşı duran “sivil və mədəni birlik” adlandırdığı “dünya əksəriyyəti”nin əsas qüvvəsi kimi təqdim etməyə cəhd göstərir.
Bu zaman bu “dünya əksəriyyəti”nin bir çox ölkələri “rus dünyası”nın təşəkkülündə iştirak etmək istəmir, amma nasizmlə mübarizə arzusundadır.
ISW analitikləri əmindir ki, Kreml güman etdiyi istənilən düşməni, bəlkə də bütün Qərbi nasist və ya onların ardıcılları adlandıra bilər.
Diktator Vladimir Putin Leninqrad blokadasının yarılmasının 80-ci ildönümündə vurğulayıb ki, Rusiya Ukraynada məhz “nasistlərlə” mübarizə aparır.
ISW qeyd edir ki, Putin çoxdandır ki, Rusiyada Qərblə geosiyasi qarıdurmaya dəstək üçün istifadə edə biləcəyi ideologiya yaratmağa cəhd edib. Görsənir ki, “nasizmlə mübariz Rusiya” ideologiyası bu məqsədə ən yaxşı uyğun gələnidir.
“The Washington Post” nəşri hesab edir ki, Rusiya Çin və Qlobal Cənub ölkələri ilə iqtisadi və diplomatik əlaqələrin dərinləşməsinin ona ABŞ-ın dominantlıq etdiyi beynəlxalq maliyyə sisteminə meydan oxumağa və Qərbi “partlatmağa” imkan verəcəyinə getdikcə daha da inamlı görünür.
Ukraynada müharibə-Putin Ukraynadan nə zaman rədd olacaq?
Bu yaxınlarda CNN yazıb ki, Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ Kiyevə dəstəyi tamamilə dayandırarsa, Ukraynada savaş hətta ən azı iki il davam edəcək.
NATO baş katibinin müavini Mirça Coan hesab edir ki, Rusiya ilə Ukrayna arasında savaş hələ uzun çəkəcək və, ehtimal ki, hətta 2025-ci ildə də sona yetməyəcək.
“Newsweek” nəşri yazıb ki, hətta Putin ölsə belə, Rusiya dayanmayacaq.