“Bu gün bütün dünyanın gözü önündə yeni müstəmləkə yaranır”

“Bu gün bütün dünyanın gözü önündə yeni müstəmləkə yaranır”

“Fransa və digər ermənipərəst beynəlxalq güclərin məqsədi Ermənistanı müstəmləkəyə çevirmək, ondan öz məqsədləri naminə istifadə etməkdir”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, vaxtiylə Rusiyaya sığınan Ermənistan indi özünə yeni ağa axtarışındadır:

 

“Ermənistan uzun müddət Rusiyanın himayəsinə böyük ümid etdi. Bu ölkədə rus hərbi bazasının mövcudluğuna da Ermənistanın ümidləri çox idi. Lakin Vətən müharibəsindən sonra iki ölkə arasında kifayət qədər gərgin münasibətə şahid olmaqdayıq. Görünən odur ki, Ermənistan bu gün Fransanın timsalında özünə yeni ağa axtarır. Bu gün bütün dünyanın gözü önündə yeni müstəmləkə yaranır. Daha doğrusu, ənənəvi müstəmləkə dövləti olan Ermənistan üzərində Fransanın ağalığı açıq-aşkar hiss olunmaqdadır. Bu isə o deməkdir ki, Ermənistan sadəcə ağasını dəyişib, siyasətini deyil”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: