“ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa təkbaşına bunun öhdəsindən gələ bilməyəcək”

“ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa təkbaşına bunun öhdəsindən gələ bilməyəcək”

“Birləşmiş Ştatlardan o qədər də nikbin olmayan siqnallar veriləndə, bu, Avropanın bəzi liderlərinə təsir edir…”

 

“Putin Qərb üzərində qələbə qazanmaq iqtidarında olduğunu yəqin edib…”

 

Əgər ABŞ tərəfindən dəstəklə bağlı proseslər uzanarsa, bunun birləşmiş Avropaya da təsiri olacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın “ARD” telekanalına müsahibəsində bəyan edib.

 

Ukrayna prezidenti qeyd edib ki, əgər ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa təkbaşına bunun öhdəsindən gələ bilməyəcək, lakin o, inanır ki, bu, baş verməyəcək.

 

“Birincisi, mən bunun baş verməyəcəyinə inanıram. Yəni Avropa tək qalmayacaq. Bu, kompleks məsələdir. Əvvəla, Avropa indiyədək Ukraynanın həm silah, həm də maliyyə cəhətdən aldığı səviyyədə bunun öhdəsindən gələ bilməyəcək. Nədən? 

 

Çünki hətta bütün Avropa birləşsə belə, Ukraynaya kifayət qədər dəstək verə bilməyəcək, lakin Birləşmiş Ştatlar təsirə malikdir. Və o qədər də nikbin olmayan siqnallar veriləndə, bu, Avropanın bəzi liderlərinə də təsir edir”, – Zelenski qeyd edib.

 

Onun fikrincə, ABŞ tərəfindən dəstəklə bağlı proseslər uzanarsa, bu, birləşmiş Avropaya da təsir edəcək.

 

“Burada ardıcıl problemlər var. Birincisi, artıq dediyim səbəblərdən Ukraynada silah və maliyyə qıtlığı var. İkincisi, düşünürəm ki, ABŞ və Avrpopa arasında əlaqə itməyəcək. Üçüncüsü, Avropa özü anlayacaq ki, əgər Ukrayna tab gətirməsə və Putin irəliyə getsə, Avropa NATO ölkələri ilə təkbətək qalacaq, o zaman Rusiyaya kim müqavimət göstərəcək, bunlar Birləşmiş Ştatlar üçün siqnaldır.

 

Yəni bu, ciddi təhlükə törədəcək. Putin bundan 100 faiz istifadə edəcək. Bu həm də NATO-nun belə möhkəm olmayacağı barədə siqnaldır. Çünki əgər ABŞ kənara çəkilərsə, daha kimsə NATO barəsində, təhlükəsizlik ölkələr ittifaqı barəsində başqa fikirdə olacaq. Nədən? Çünki Rusiya Federasiyası ilə iqtisadi əlaqələri var”, – prezident deyib.

 

O, belə fikir ifadə edib ki, həm də sanksiyalar siyasəti də “çökəcək”, çünki ABŞ Ukraynaya dəstək verəndə Avropa ölkələrinin də Rusiya ilə bağlı sanksiyalar siyasətinə təsir göstərir.

 

“Ona görə də mən hesab edirəm ki, bütövlükdə bu, dünyanın yenidən bölüşdürülməsi adlanır”, – Zelenski əlavə edib.

 

Putin Qərb üzərində qələbə qazanmaq iqtidarında olduğunu yəqin edib

 

Bundan öncə “The Washington Post” nəşri Rusiya və Avropanın rəsmi şəxsləri və biznesmenləri ilə müsahibələrinin yekunu olaraq yazıb ki, Kremldə Çin və Qlobal Cənub ölkələri ilə daha sıx iqtisadi və diplomatik əlaqələri nizama salmaqla Qərbə qarşı uğurla dayana biləcəyi ilə bağlı tam nikbinlik hökm sürür.

 

Nəşr qeyd edir ki, Rusiyanı “ruhlandıran onun Ukraynanın Qərbin dəstəklədiyi əkshücumunun qarşısının alınmasında uğuru olub, bundan sonra Vaşinqton və Brüsseldə Kiyevin gələcək maliyyələşdirilməsi ilə bağlı siyasi dalanlar meydana çıxıb”.

 

“Moskvanın fikrincə,  ABŞ-ın İsrailin Qəzzaya hərbi müdaxiləsini dəstəkləməsi dünyanın bir çox guşələrində Vaşinqtonun mövqelərinə ziyan vurub. Hadisələrin üst-üstə düşməsi Rusiyanın qlobal mövqeyi ilə bağlı nikbinlik ovqatı yaradıb”, – nəşr qeyd edib.

Mənbə

Share: