Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılmışdır

2019-cu il oktyabr ayının 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat:

Milletinsesi.az bildirir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılmışdır.

– Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.

– Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılmışdır.

Share: