Azərbaycanda zibilin içindən 19-cu əsrə aid nadir kitab tapıldı

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı XIX əsrdə dərc edilmiş nadir kitab tapılıb.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, şair, filosof və alim Abdurrəhman Caminin XII əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr edilib. Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun “Qeyri-adi tapıntılar” guşəsində saxlanılır.

Qeyd edək ki, çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar “Qeyri-adi tapıntılar” guşəsində yerləşdirilməklə “Təmiz Şəhər” ASC-yə təşkil olunan məlumat turlarının iştirakçılarına nümayiş etdirilir.

Share: