Rusiyanın Altay Respublikasında 5,0 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin saytında yazılıb.
“Zəlzələnin maqnitudası 5.0, zəlzələnin mərkəzində intensivlik 6.4-dür”, – məlumatda qeyd olunub.
Yeraltı təkanların episentrinin dağlıq ərazidə yerləşdiyi bildirilir.(Qafqazinfo)