Dünən axşam saatlarında Bakıdan uçan AZALIN Bakı- Aktau təyyarəsi sərnişinləri Aktauya çatdıra bilməyib.
Moderator.az xəbər verir ki, təyyarə Aktaunun üzərində fırlanaraq eniş etmək imkanı olmayıb. Təyyarə sərnişinləri geriyə qaytarıb. Sərnişinlərə isə heç bir səbəb göstərilməyib.
Aktaudan tranzit edərək başqa ölkələrə keçəcək olan sərnişinlərə dəyən zərər isə ödənməyib.