ABŞ Konqresi Türkiyəyə “F-16”ların satışı ilə bağlı müqaviləni təsdiqləyib

ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.

 

Bu barədə ABŞ-nin Ankaradakı səfirliyi özünün “X” səhifəsində məlumat yayıb.

 

“Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”, – səfir Cefri Fleyk paylaşımda bildirib.

Mənbə

Share: