Məlum olduğu kimi, 31 mart tarixində Türkiyədə yerli seçkilər keçiriləcək. Seçkilərdə Türkiyənin bütün böyük şəhər (büyükşehir), vilayət (il), rayon (ilçe), mikrorayon (belde) bələdiyyələrinə sədrlər və bələdiyyə məclisi üzvləri, kənd (köy) və məhəllə (mahalle) yerli özünüidarəetmə orqanlarına isə başçılar (muhtar) seçiləcək. Bununla belə, əsas siyasi rəqabətin böyük şəhərlərdə, daha çox isə İstanbulda gedəcəyi sirr deyil.
Modern.az İstanbul bələdiyyəsinin sədrliyinə namizədləri təqdim edir:
Hazırkı sədr, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu
İqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Murat Kurum
İYİ Partiyanın namizədi Buğra Kavuncu
Səadət Partiyasının namizədi Birol Aydın
Xalqların Bərabətlik və Demokratiya Partiyasının (DEM) namizədləri Meral Danış Beştaş və Murat Çepni (seçki bülletenində M.D.Beştaşın adı qeyd olunacaq. Partiya həmsədrlik institutu ilə idarə olunur və seçkidə qalib gələcəyi təqdirdə İstanbul bələdiyyəsi də M.D.Beştaş və M.Çepni olmaqla 2 həmsədr tərəfindən idarə olunacaq)
Zəfər Partiyasının namizədi Azmi Karamahmutoğlu
Vətən Partiyasının namizədi İbrahim Okan Özkan
Millət Partiyasının namizədi Hasan Hüsnü Güner
Ədalət Birlik Partiyasının namizədi Muharrem Mutlu
Müstəqil namizəd, Liberal Demokrat Partiyasının (LDP) da dəstəklədiyi Merve Karataş
Müstəqil namizəd Taylan Yıldız
Müstəqil namizəd Hülya Kavuzlu Karaman
Müstəqil namizəd İhsan Akbay
Həmçinin müstəqil namizəd Bilen Akpınar da İstanbul bələdiyyəsinin sədri olmaq arzusundadır. Ümumilikdə namizədlərin sayı 15-dir.