“Fevralda toya pul yox, alça yazdıracam”

 Şairə tamada Nazilə Səfərli maraqlı paylaşım edib.

 

O  zarafatla  marketdən alçanın bir ədədini 4 manata aldığını, 50 manata satacağını bildirib.

 

“Fevraldan marta qədər toylara gərək alça yazdıram, iki ədədi yüz manat eləyir. O vaxt bizim uşağın sünnət toyuna gələndə bir xonça gətirmişdilər, içində şokolad qutusu və bir də qabı açılmış ətir. Bu ondan yaxşıdı”,- deyə Nazilə Səfərli bildirib. (lent.az)

Mənbə

Share: