Azərbaycanla İsrailin ticarət dövriyyəsinin həcmi açıqlanıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanla İsrailin ticarət dövriyyəsinin həcmi 1 milyard 105 milyon 911 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə Azərbaycandan İsrailə ixrac edilən məhsulların dəyəri 1 milyard 67 milyon 679 min dollar təşkil edib. İxracın dəyəri ötən ilin eyni aylarına nisbətən 66 milyon 888 min dollar artıb. Belə ki, keçən ilin 9 ayında ölkəmizdən İsrailə 1 milyard 791 min dollarlıq məhsul ixrac edilib.

Bu ilin 9 ayında Azərbaycanın İsraildən idxal etdiyi məhsulların dəyəri isə 38 milyon 232 min dollar olub.

Qeyd edək ki, İsrail Azərbaycanın ticarət dövriyyəsi apardığı əsas ölkələrin siyahısında 7-ci pillədə qərarlaşıb.

Share: