Rusiya Federal Penitensiar Xidmət müxalif siyasətçi Aleksey Navalnının öldüyü Yamal-Nenets Muxtar Dairəsindəki koloniyaya komissiya göndərir.
Modern.az RİA-ya istinadən xəbər verir ki, Kremldən Navalnının ölümü ilə bağlı ilk şərh gəlib.
Sözçü Dmitri Peskov deyib ki, Penitensiar Xidmət bütün yoxlamalarla məşğul olur, xüsusi təlimatlara ehtiyac yoxdur:
“Həkimlər Navalnının ölümünün səbəblərini öyrənməlidirlər”.