Fatimə: “Həbsxanada yataram, amma Nazilədən üzr istəmərəm”

Rəqqasə Fatimə Fətəliyeva qalmaqal yaşadığı şairə Nazilə Səfərli ilə uzun illərdir gedən məhkəmə çəkişməsindən söz açıb.

 

 Fatimə bu haqda qonaq olduğu stilist Anar Ağakişiyevin aparıcısı olduğu “Dəyişən Cavab” verilişində danışıb.

Anarın “Tutalım ki, məhkəmə Nazilə xanımın xeyrinə bitdi, qarşı tərəf də sizdən üzr gözlədi. Üzr istəyəcəksiniz?” sualına Fatimənin cavabı belə olub:

 

“Mən həyatda səhv olduğum məqamda üzr istəyirəm. Mən həbsxanada yataram, o qadından üzr istəmərəm”,

 

Qeyd edək ki, Apelyasiya Məhkəməsində qalib gələn Nazilə Səfərli Fatimə Fətəliyevadan üzr istəməsini tələb edib.

Mənbə

Share: