
Yeni Kaledoniyada ucalan üçrəngli bayraq bunun isbatıdır!
Yeni Kaledoniyada Fransa nazirlərinin səfərinə etiraz əlaməti olaraq aksiya keçirilib. Aksiyada diqqət çəkən məqamlardan biri etirazçıların Azərbaycan bayrağı dalğalandırması olub.
Azərbaycandan min kilometrlərlə uzaqda – Sakit okeanın cənub-qərb hissəsində yerləşən, Fransanın müstəmləkəsi olan bir ölkədə Parisin zülm və əsarət siyasətinə etiraz əlaməti olaraq üçrəngli bayrağımızın ucaldılması ciddi mətləblərdən xəbər verir. Bu, hər şeydən öncə Azərbaycanın, onun Prezidenti İlham Əliyevin bütün dünyada imperialist dövlətlərin müstəmləkəçilik siyasətindən təngə gələn, bu siyasətdən əziyyət çəkən xalqlar üçün ümid yerinə çevrildiyini göstərir.
Xatırladaq ki, Azərbaycan Fransanın müstəmləkə siyasətinə qarşı açıq və qətiyyətli mübarizə aparmaqda, rəsmi Parisin demokratiya və insan haqlarına zidd siyasətini konkret faktlarla ifşa etməkdədir. Azərbaycan Respublikasının Milli Məclisində Korsika xalqına dəstək qrupunun yaradılması, Fransanın müstəmləkəçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən ən yüksək tribunalardan ifşa edilməsi, beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılması ölkəmizin bu məsələdə əzilən xalqların himayədarına çevrildiyini göstərir. Məhz bunun nəticəsidir ki, Yeni Kaledoniya və bu qəbildən olan bir çox xalq bu gün Fransanın müstəmləkə siaysətinə qarşı aparıdğı mübarizədə ölkəmizin cəsarətli mövqeyindən mənəvi-psixoloji baxımdan ciddi ilham alır, öz mübarizələrində Aqzərbaycanın və demokratik dünyanın dəstəyinə ümid edirlər. Bu fakt özünü sözdə demokratiyanın beşiyi elan edən Fransa və bu qəbildən olan imperilaist dövlətlərdən fərqli olaraq, Azərbaycanın gerçək mənada denokratik dövlət olduğunu, başqa xalqların hüquq və azadlığına hörmət və ehtiramla yanaşdığını göstərir. Bu fakt sübut edir ki, öz xalqını başqa xalqların qanı və göz yaşını hesabına bəsləyən Fransanın əksinə olaraq, Azərbaycan bütün bəşəriyyətin rifahı və azadlığına çalışır. Öz siyasətində bu məqsədi prioritet hesab edir.
Ölkəmzidən min kilometrlərlə uzaqda yerləşən əsarət altındakı xalqların Azərbayacana dikilən ümid və mərhəmət dolu nəzərləri ölkəmizin humanistliyinin, ümumbəşəri ideyalara sadiqliyinin göstəricisidir.
Təbii, Azərbaycanın beynəlxalq birliyin dəstəyi olmadan müstəmləkə siaysətindən əziyyət çəkən xalqları öz azadlığına qovuşdurması olduqca çətindir. Ancaq bu da bir reallıqdır ki, Fransadan həm ərazisinə, həm əhali sayına, həm də iqtisadi gücünə görə dəfələrlə balaca olan, fəqət Fransadan qat-qat böyük mənəvi dəyərlərə, nəcib ideyalara sahib olan Azərbaycan müstəmləkəçiliyə qarşı sərgilədiyi prinsipial mövqe ilə bütün dünya üçün cəsarət nümunəsinə çevrilib. Dünyanın Azərbaycan nümunəsindən ibrət alması, xalqımızın digər xalqların azadlığına hesablanan mübarizəsinə dəstək verməsi vacibdir. Bu gün başının üzərində milli bayrağını dalğalandıran hər bir xalq anlamalıdır ki, humanizmin, demokratiyanın, insan haqlarının inzibati sərhədi yoxdur və onların əsarət altında əzilən xalqların məhvini seyr etməsi hər şeydən öncə insani baxımdan yolverilməzdir.
Odur ki, özünü bəşərin, insanlığın bir parçası hesab edən hər bir xalq Azərbaycanın Fransanın müstəmləkəçilik siyasətinə qarşı apardığı mübarizədə ölkəmizə dəstək verməli, əsarət altındakı xalqların azadlığına töhfə vermək üçün əməli addımlar atmalıdır. Çünki Fransanın dünyanın fərqli coğrafiyalarında qan gölündə boğduğu xalqlar bizim dünyamızın bir parçasıdır və onların azadlığına atılan hər bir güllə bütün insanlığın qətli deməkdir.
Seymur ƏLİYEV