Qadınlar səhərlər kişilərdən daha bədbin oyanır

Mobil telefonda olan bir tətbiq proqramına əsasən əldə olunan məlumatlar qadınların daha çox yatdığını və əsasən günə daha bədbin başladığını göstərib.

 

“Yuxu dövrü” adlı proqram sayəsində 47 ölkədən 18-55 yaşlarında 950 minə yaxın insanın yuxu vərdişləri 1 il ərzində araşdırılıb. Nəticələrə görə, kişilərdən orta hesabla 34,5 dəqiqə artıq yatan indoneziyalı qadınların “ən çox yatan qadınlar” olduğu ortaya çıxıb. Onları 23 dəqiqə fərqlə Səudiyyə Ərəbistanı və 20 dəqiqə fərqlə İngiltərə izləyib.  Qadınların 4,5 dəqiqə daha artıq yataqda qaldığı Yaponiyada isə kişi və qadınların demək olar ki eyni müddətdə yatdıqları məlum olub.

 

 

Araşdırma həmçinin qadınların çoxunun kişilərdən daha bədbin oyandığını göstərib. Səhər ən bədbin oyananlar Yaponiya, Cənubi Koreya və Sinqapur qadın və kişiləri olub.

 

Kişilərin səhərlər ən xoşbəxt şəkildə oyandığı ilk 3 ölkə isə Avstraliya, Kanada və Çin olub. Kolumbiya,Portuqaliya və Ukraynada da qadınların günə pozitiv başladığı məlum olub.

 

Pazar günləri səhərə ən xoşbəxt şəkildə gözlərini açanların meksikalı kişilər olduğu müəyyən olunub.

 

Şənbə günləri ən çox yatan qadınların da Finlandiya, Hollandiya və Fransa qadınları olduğu qeyd edilib.

 

Türkiyə qadınların kişilərdən daha çox yatdığı və kişilərin daha xoşbəxt oyandığı ölkələr sırasında yer alıb. Türklərin bir çox ölkə nümayəndəsi kimi, ən keyfiyyətli şəkildə çərşənbə günü yatdığı ortaya çıxıb. Həmçinin türklərin şənbə günləri 30 dəqiqə artıq yatdığı məlum olub.

 

 

Mənbə

Share: