
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində gerçəkləşəcək mərasimdə “Qarabağ”ın da rəqibi bəlli olacaq.
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimində “Qarabağ”ın mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04” (Almaniya) ola bilər.
Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.