Putinin dostunun oğlu atasının Qarabağdakı yarımçıq işini 0-dan başlatmaq tapşırığı alıb?..

Putinin dostunun oğlu atasının Qarabağdakı yarımçıq işini 0-dan başlatmaq tapşırığı alıb?..

“Biz heç vaxt artsax respublikasının(qondarma-S.L.) məcburi boşaldılmasına dözməyəcəyik və artsax ermənilərinin öz vətənlərinə qayıtmaq və orada təhlükəsiz yaşamaq hüququnu həyata keçirəcəyik…”

 

“Bu gün mən erməni-fransız dostluq qrupunun üzvü kimi milli assambleyada Fransa parlamentinin nümayəndə heyəti ilə görüşdə iştirak etdim”. 

 

Moderator.az xəbər verir ki, news.am-ın yazdığına görə, bu barədə Ermənistan parlamentinin  “Hayastan” fraksiyasının deputatı Levon Köçəryan danışıb. 

 

“Fransadakı həmkarlarımıza erməni xalqını dəstəklədiklərinə görə minnətdarlığımı bildirərək çıxış etdim və xüsusi olaraq bildirdim ki, biz heç vaxt artsax respublikasının(qondarma-S.L.) məcburi boşaldılmasına dözməyəcəyik və artsax ermənilərinin öz vətənlərinə qayıtmaq və orada təhlükəsiz yaşamaq hüququnu həyata keçirəcəyik.  Biz bu məsələdə də Fransanın dəstəyini alacağımıza ümid edirik”,- deyə L.Köçəryan çərənləyib.

 

Zəruri şərh:

 

Xatırladaq ki, Levon Köçəryan 1987-1988-ci illərdən bəri Rusiyanın(keçmiş SSRİ olaraq) kəşfiyyat qurumlarının rezidenti kimi Azərbaycanın keçmiş Dağqlıq Qarabağ ərazisində məskunlaşmış ermənilər arasında ifrat millətçiliyi və Azərbaycana qarşı separatçılığı qızışdırmaq kimi alçaq bir fəaliyyətlə məşğul olmuş, qarşıya Qarabağda guya “müstəqil dövlət” qurmaq məqsədini qoymuş Xocalı canisi, Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın oğludur. Görünür, o, yenə də Kremlin patronajlığıyla hazırkı Rusiya lideri Putinin dostu sayılan atasının Qarabağdakı yarımçıq işini sıfırdan başlatmaq tapşırığını alanlardan biridir… Əslində Putin 2020-ci ildən bəri apardığı siyasətlə erməni separatizmini sıfırdan da aşağı səviyyəyə endirib; Rusiyanın erməniləri Qarabağa kütləvi şəkildə köçürtdüyü XIX əsrin əvvəllərindən bəri ilk dəfədir ki, onlar bu torpağı, demək olar ki, tamamilə tərk ediblər… Kreml indi erməniləri elə bir duruma salmağa çalışır ki, bütün Qərbdən ümidlərini üzsünlər yenidən Qarabağı ələ keçirməyin yeganə yolunu əvvəlki kimi Rusiyanın müstəmləkəsi olmaqda görsünlər. Və bundan sonra Azərbaycana qarşı təxribatçılıq, terrorçuluq tədricən yenidən vüsət alsın…

 

Sultan Laçın

 

Mənbə

Share: