“Rusiyalıların Ukraynada müharibəyə münasibətində əhval-ruhiyyəsi dəyişməz qalır…”

“Rusiyalıların Ukraynada müharibəyə münasibətində əhval-ruhiyyəsi dəyişməz qalır…”

Putin rusiyalıların diqqətini müharibəyə yönəltmək istəmir

 

Rusiyalıların əksəriyyəti müharibəyə əsasən laqeyddir, lakin ikinci səfərbərlik dalğasına dəstək göstərmir.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.

 

Rusiyanın rəsmi şəxsləri və dövlət KİV-ləri Ukraynaya qarşı tammiqyaslı müharinənin başlanmasının ikinci ildönümünü işıqlandırmaqdan vaz keçib, bununla əhalinin işğalçıların uğursuzluqlarına diqqətini cəlb etməmək niyyətini güdüb.

 

Söhbət Rusiyanın xeyli itkilərindən, bəyan edilən strateji məqsədlərə nail olunması, bütün Donetsk və Luqansk vilayətlərinin zəbt edilməsinin gerçəkləşməsinin iflasından gedir.

 

ISW-nin məlumatına görə, Rusiyada keçirilən son ictimai rəy sorğusu göstərib ki, rusiyalıların Ukraynada müharibəyə münasibətində əhval- ruhiyyəsi əsasən dəyişməz qalır. 

 

Rusiyalıların əksəriyyəti müharibəyə əsasən laqeyddir, lakin səfərbərliyin ikinci dalğasına dəstək vermir.

 

Analitiklərin fikrincə, Rusiya prezidenti Vladimir Putin və məmurlar müharibənin ildönümü barəsində susmaq qərarını müharibəyə ictimai laqeydliyi qoruyub saxlamaq üçün verib.

 

Bu, işğalçı ölkə hakimiyyətinə əhəmiyyətli ictimai reaksiya olmadan müharibəni davam etdirməyə imkan verir.

 

Qeyd edilir ki, Putin, ehtimal ki, səfərbərliyin ikinci dalğasının qeyri-populyar olduğunu

və bunun geniş narazılığa səbəb olacağını anlayır. 

 

Lakin 2024-cü ilin mart ayında yenidən prezident seçildikdən sonra bu vəziyyət dəyişə bilər. O, Rusiyanın öz silahlı qüvvələrinin tələbatının daxili narazılıq risklərini üstələyəcəyi qərarını verə bilər.

 

***

 

Məlum olduğu kimi, Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiyanın itkiləri 400 min nəfəri ötüb. 

 

18-25 fevralda, bir həftə ərzində Ukrayna Müdafiə Qüvvələri tərəfindən Rusiya qoşunlarının şəxsi heyətinin 7390 nəfəri, işğalçıların 1154 vahid silah və hərbi texnikasını məhv edib.

 

Qara dəniz taxıl təşəbbüsü işlək olmayandan sonra Ukraynanın mövqeyi Qara dənizin qərb hissəsində dominantlığı ələ keçirməyə imkan verib.

Mənbə

Share: