Türkiyə səfiri Bakıda ağac əkdi

Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak etmək mənim üçün çox xoşdur. Qardaş ölkə olan Azərbaycanın yaşıllaşdırılması üçün hərəmiz bir ağac əkdik.

Milletinsesi.az xəbəır verir ki, bunu Azərtac-a müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral söyləyib.

“Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təşkil olunan bu tədbirdə 200 ağac əkdik. Çox gözəl təşəbbüsdür. İldə hər kəsin bir ağac əkməsi çox vacibdir. Biz ağac əkirik ki, gələcək nəsillərə qalsın”, – deyə səfir bildirib.

Səfir qeyd edib ki, dünən Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri də ağacəkmə aksiyasında iştirak ediblər. Orada da 200 ağac əkilib. Ağacəkmə ətraf mühit və ekologiyanın qorunması baxımından çox əhəmiyyətlidir.

 

Share: