“ABŞ Qəzza bölgəsində müvəqqəti atəşkəs üzərində səylə işləyir”

“ABŞ Qəzza bölgəsində müvəqqəti atəşkəs üzərində səylə işləyir”

 

“Birləşmiş Ştatlar terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə və husilərin beynəlxalq gəmiçiliyə hücumların qarşısının alınması üzrə əlavə tədbirlər həyata keçirir…”

 

ABŞ prezidenti və Bayden admnistrasiyası Qəzzada müvəqqəti atəşkəs üzrə sövdələşmə üzərində səylə işləyir.

 

Moderator.az xəbər verir ki, bu barədə Ağ Evdə brifinq zamanı jurnalistlərin sualına cavab verən ABŞ-ın Milli Təhlükəsizlik kommunikasiyaları üzrə direktoru Con Kirbi bəyan edib. 

 

“Ötən həftə bu məqsədlərə nail olunmasında xeyli tərəqqi əldə edilib. Həm prezident, həm də onun komandası regionda çoxsaylı tərəfdaşları ilə bütün sutka ərzində əməkdaşlıq etməkdə davam edir”, – Kilbi əmin edib.

 

Jurnalist ona belə bir sualla müraciət edib: “İsrail mənbəsindən bizə məlum olub ki, Netanyahu Baydenin bazar ertəsi atəşkəs haqqında bəyanatlarından son dərəcə təəccüb edib. İsrailin əsas partiyalarından birinin prezident tərəfindən səsləndirilən müddətlərlə bağlı təəccüblənməsi faktı o qədər də nikbinlik yaratmır, elə deyilmi? O zaman Bayden nədən bazar ertəsini nəzərdə tutub?”. 

 

“Xarici liderlərin bizim dediklərimizdən təəccüb keçirib-keçirmədikləri barədə bəyanatlarını mən şərh edə bilmərəm”, – Kirbi cavab verib.

 

“Prezident danışıqların gedişindən tamamilə xəbərdardır və onların bəzi məqamlarını bölüşüb. Və o, bu məqsədə qısa müddətdə nail olmağımızla bağlı nikbinliyini ifadə edib. Lakin prezident həmçinin deyib ki, hələ görüləsi işlər var və danışıqlar davam etdirilir”, – Ağ Ev nümayəndəsi əlavə edib.

 

O, həmçinin deyib ki, ABŞ beynəlxalq inkişaf üzrə Agentliyinin (USAID) administratoru Samanta Pauer İsraildədir və orada fələstinlilərə humanitar yardımın çatdırılmasının təşkili barədə danışıqlar aparacaqdır.

 

“Bu gün Pauver elan edib ki, Birləşmiş Çtatlar Qəzza əhalisi və İordan çayının Qərb sahilində yaşayan fələstinlilər üçün 53 milyon dollar məbləğində zəruri humanitar yardım verəcəkdir”, – Kirbi məlumat verib.

 

Kirbi vurğulayıb ki, məhz buna görə də Birləşmiş Ştatlar “təkcə girovların azad edilməsi və döyüş əməliyyatların dayandırılmasl deyil, həm də bu kritik vacib humanitar yardımı çatdırmaq və onun həcmini artırmaq üçün” müvəqqəti atəşkəs barədə sövdələşmə üzərində səylə işləyir. 

 

O, həmçinin deyib ki, Birləşmiş Ştatlar terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə və husilərin beylənxalq gəmiçiliyə hücumlarının qarşısını almaq üzrə əlavə tədbirlər həyata keçirir. 

 

“Birləşmiş Krallıqla əlaqəli şəkildə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) komandanının müavini Məhəmməd Rza Fələhzadəyə qarşı onun husilərlə əməkdaşlığına, həmçinin ona məxsus gəmidən həm husilər, həm də İİKK üçün İran mallarından daşınması məqsədilə istifadəsinə görə sanksiyalar tətbiq etmişik.

 

Biz sanksiyalar siyahısına həmçinin İran Müdafiə Nazirliyinin 100 milyon dollar məbləğində mallarını daşıyan gəmi sahibləri olan daha iki şirkəti daxil etmişik.

 

Hal-hazırda Bayden administrasiyası İrana qarşı 55-dən çox ayrıca sanksiyalar tətbiq edib, bunlarda 550-dən çox fiziki və huquqi şəxslərə qarşı yönəlib”, – Ağ Ev nümayəndəsi məlumat verib.

Mənbə

Share: