Oyuna 15 min bilet satılıb

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – APOEL oyununa maraq böyükdür.

Ağdam klubunun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna artıq 15 min bilet satılıb.

Qeyd edək ki, “Qarabağ” – APOEL  görüş saat 20:55-də başlayacaq.

Share: